Zaqatala-Bakı-Zaqatala marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarında gediş haqqı qaldırılıb

Zaqatala-Bakı-Zaqatala marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarında gediş haqqı qaldırılıb
# 07 noyabr 2007 09:04 (UTC +04:00)
Zaqatala-Bakı-Zaqatala marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarında gediş haqqı 1 manat qaldırılıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, əvvəllər bu marşrut üzrə gediş haqqı adambaşına 7 manat olsa da, artıq bu qiymət 8 manata qaldırılıb. Heç bir səbəb olmadan sürücülər tərəfindən gediş haqlarının qanunsuz qaldırılması yerli sakinlərin ciddi narazılığına səbəb olub. Avtobus sürücüləri isə gediş haqlarının qaldırılmasına səbəb kimi magistral yolların təmirini əsas gətirirlər. Kürdəmir yolunun təmirə bağlanması avtobusların yolunu xeyli uzadıb və məhz bu səbəbdən də gediş haqları müvəqqəti olaraq qaldırılıb. APA-nın bölgə bürosunun apardığı araşdırmalar zamanı həmçinin məlum olub ki, sərnişin avtobuslarının gediş haqlarını qaldırmasından sonra yerli sakinlər Bakıya qatarla getməyə üstünlük verirlər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR