Zaqatalanın Muğanlı kəndində yeni inşa olunmuş mədəniyyət evinin açılışı keçirilib

Zaqatalanın Muğanlı kəndində yeni inşa olunmuş mədəniyyət evinin açılışı keçirilib
# 07 noyabr 2007 09:07 (UTC +04:00)
Zaqatalanın Muğanlı kəndində yeni inşa olunmuş mədəniyyət evinin açılışı olub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon icra hakimiyyətindən məlumat verilib. Açılış mərasimində iştirak edən rayon icra başçısı Asif Əsgərov və hüquq-mühafizə orqanlarının rəhbərləri kənd sakinlərinin problemləri ilə maraqlanaraq mövcud problemlərin həlli yollarını müzakirə ediblər. Daha sonra tədbirdə çıxış edən A. Əsgərov rayonda aparılan quruculuq və abadlıq işlərindən danışıb və Zaqatalanın inkişaf mərhələsində olduğunu vurğulayıb. Rəsmi hissə başa çatdıqdan sonra tədbir konsert proqramı ilə davam etdirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR