Xaçmazda “Şəffaflığın artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya planı haqqında” prezidentin sərəncamına həsr olunan seminar-müşavirə keçirilib

Xaçmazda “Şəffaflığın artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya planı haqqında” prezidentin sərəncamına həsr olunan seminar-müşavirə keçirilib
# 07 noyabr 2007 15:44 (UTC +04:00)
Bu gün Xaçmaz şəhərində Yeni Azərbaycan Partiyasının qərargahında Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Şəffaflığın artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya planı haqqında” Azərbaycan prezidentinin 28 iyul 2007-ci il tarixli sərəncamına həsr olunan seminar-müşavirə keçirilib. Xaçmaz Rayon İcra Hakimiyyətindən APA-nın şimal bürosuna verilən xəbərə görə, tədbirə Qusar, Abşeron, Qubadlı, Şuşa və Xaçmaz rayonlarının gəncləri, hüquq-mühafizə orqanlarının təmsilçiləri qatılıblar. Müşavirədə sərəncamla əlaqədar Gənclər və İdman Nazirliyinin gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Tədbirdə nazirliyin baş məsləhətçisi Namiq Abdullayev iştirak edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR