Uşaq hüquqları həftəsi keçiriləcək

Uşaq hüquqları həftəsi keçiriləcək
# 08 noyabr 2007 16:02 (UTC +04:00)
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə noyabrın 13-dən 20-dək UNİCEF və Təhsil Nazirliyi ilə birlikdə “Uşaqlar üçün yararlı dünya” hərəkatının addımlarına uyğun olaraq “Hər bir uşağa qayğı” devizi altında Uşaq hüquqları həftəsinin keçirilməsi planlaşdırılır. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, bu həftənin keçirilməsində əsas məqsəd uşaqların təhsil və sosial problemlərinə, onların yolverilməz əməyə cəlb edilməsinə, sağlamlıq vəziyyətinə, İİV/QİÇS və narkomaniya ilə mübarizəyə, müharibədən ziyan çəkmiş, xüsusi qayğıya ehtiyacı, valideyn himayəsindən məhrum olan, zorakılığa, cinsi istismara məruz qalan və s. uşaqların çətinliklərinin aşkar edilməsi, aradan qaldırılmasına dövlət qurumlarının, QHT-lərin diqqətini cəlb etməkdən ibarətdir. Həftə ərzində ölkənin şəhər və rayonlarında uşaq hüquqları üzrə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR