Azərbaycan Hava Yolları Dövlət Konserninin sabiq əməkdaşlarına hökm oxunub

Azərbaycan Hava Yolları Dövlət Konserninin sabiq əməkdaşlarına hökm oxunub
# 13 iyun 2008 14:40 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mürsəl Əliyevin sədrliyi ilə Azərbaycan Hava Yolları Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin sabiq rəisi Emil Süleymanov və digər 4 nəfərin cinayət işi üzrə qapalı məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə Emil Süleymanov əmlakı müsadirə olunmaqla və 3 il vəzifə tutmaqdan məhrum edilməklə 15 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmənin hökmü ilə digər təqsirləndirilən şəxslər - Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Rafət Əliyev 3 il, Aviasiya Təhlükəsizliyi İdarəsinin Operativ İdarəetmə Xidmətinin sabiq rəisi Tamerlan Mikayılov və xidmətin sabiq mühəndis-elektronçusu Tahir Əsədzadə 2 il 6 ay, idarənin sabiq mühəndis-proqramçısı Faiq Quliyev isə 2 müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdə adıçəkilən şəxslər 2 il müddətinə vəzifə tutmaqdan məhrum ediliblər.
Qeyd edək ki, bir sıra ağır cinayətlərdə, o cümlədən qanunsuz silah gəzdirməkdə, dövlətə xəyanətdə, ittiham olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR