Azərbaycanın yeni geoloji xəritəsi tərtib olunub

Azərbaycanın yeni geoloji xəritəsi tərtib olunub
# 13 iyun 2008 15:42 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Elmi-nəzəri, geoloji planalma, geoloji-axtarış işlərinin son nəticələrinə əsaslanan geoloji-geofiziki və tektonik materiallar əsasında Azərbaycanın yeni 1:500 000 miqyaslı geoloji xəritəsi tərtib olunub. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib. Xəritə AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə layihəsi əsasında nəşr edilib. 1975-ci ildə çap edilən 1:500 000 miqyaslı axırıncı geoloji xəritədən fərqli olaraq Azərbaycanın yeni geoloji xəritəsində ilk dəfə olaraq Xəzər dənizinin Azərbaycan sektorunda şelf zonası kompleksləri ayrılıb və Böyük Qafqazın cənub və Kiçik Qafqazın şimal-şərq yamaclarında aparılan iri miqyaslı geoloji planalmanın nəticələri əks olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR