Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Dəvəçi, Xaçmaz və Qubaya qastrola gedəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi  Dəvəçi, Xaçmaz və Qubaya qastrola gedəcək
# 13 iyun 2008 16:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi iyunun 23-dən 25-dək Dəvəçi, Xaçmaz və Quba rayonlarına qastrol səfərinə gedəcək. Teatrdan APA-ya bildirilib ki, qastrol zamanı xalq yazıçısı İlyas Əfəndiyevin “Dəlilər və ağıllılar” tamaşasını nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, baş rollarda xalq artistləri Bəsti Cəfərova, Elxan Ağahüseynoğlu, əməkdar artistlər Cəfər Namiq Kamal, Kubrabəyim Əliyeva, Sabir Məmmədov, Sevinc Əliyeva, Kazım Həsənquliyev, Əsgər Məmmədoğlu, aktyorlar Məzahir Cəlilov, Rövşən Kərimduxt və başqaları çıxış edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR