Ombudsman Elmira Süleymanova Avropa Şurası baş katibinin Azərbaycana yeni təyin olunmuş nümayəndəsini qəbul edib

Ombudsman Elmira Süleymanova Avropa Şurası baş katibinin Azərbaycana yeni təyin olunmuş nümayəndəsini qəbul edib
# 13 iyun 2008 16:47 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Ombudsman Elmira Süleymanova Avropa Şurası baş katibinin Azərbaycana yeni təyin olunan xüsusi nümayəndəsi Veronika Katiki qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, V. Katik Azərbaycanda insan hüquqlarının təmin olunması və müdafiəsi vəziyyəti ilə bağlı maraqlandığını qeyd edib. E. Süleymanova Azərbaycanda aparılan islahatlar nəticəsində müvəqqəti saxlanma və istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrinin saxlanma şəraitinin yaxşılaşdığını, hüquq pozuntusu hallarının azaldığını bildirib. O, xüsusi nümayəndəni 18-19 iyunda Ombudsmanların VI Bakı Beynəlxalq Konfransında iştirak etməyə dəvət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR