Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fransanın “İncəsənət və ədəbiyyat sahəsində xidmətlərinə görə” ordeninə layiq görülüb

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fransanın “İncəsənət və ədəbiyyat sahəsində xidmətlərinə görə” ordeninə layiq görülüb
# 13 iyun 2008 16:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fransanın “İncəsənət və ədəbiyyat sahəsində xidmətlərinə görə” ordeninə layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatında görə, Fransanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Jan-İv Berto ordeni Sevda Məmmədəliyevaya təqdim edib. O, Sevda Məmmədəliyevanın Azərbaycan elminin və mədəniyyətinin inkişafında böyük xidmətləri olduğunu qeyd edib. Diplomat Azərbaycanın mədəni irsinin mühafizəsində də S. Məmmədəliyevanın gərgin fəaliyyətini qeyd edərək, Fransa dövlətinin bu xidmətləri yüksək dəyərləndirdiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR