İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Biləsuvar və Cəlilabad polis şöbələrinin təcridxanalarında monitorinq keçirib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Biləsuvar və Cəlilabad polis şöbələrinin təcridxanalarında monitorinq keçirib
# 14 iyun 2008 10:34 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Biləsuvar və Cəlilabad rayonlarının polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib. Komitə sədri APA-ya bildirib ki, təcridxanalara aldığı şikayətlər əsasında baş çəkib: “Biləsuvar sakini mənə müraciətində oğluna polis şöbəsində zor tətbiq olunması barədə şikayət etmişdi. Amma şöbənin rəhbərliyi bu məlumatı təkzib etdi”. Bu gün Masallı, Lənkəran və Astara rayonlarının polis şöbələrində də olacağını deyən E. Behbudov monitorinqin nəticələri barədə daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini söyləyib. Komitə sədrinin sözlərinə görə, hazırda cənub bölgəsində olan R. Usubov da polis şöbələrinin təcridxanalarına baxış keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR