Şəmsəddin Hacıyev: “Orta məktəb məzununun verdiyi imtahanın nəticəsinə uyğun olaraq, ona həm attestat verilməli, həm də ali məktəbə qəbul olunub-olunmadığı müəyyənləşməlidir”

Şəmsəddin Hacıyev: “Orta məktəb məzununun verdiyi imtahanın nəticəsinə uyğun olaraq, ona həm attestat verilməli, həm də ali məktəbə qəbul olunub-olunmadığı müəyyənləşməlidir”
# 17 iyun 2008 08:28 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin elm və təhsil komissiyasının sədri Şəmsəddin Hacıyev deyib. Ş. Hacıyevin sözlərinə görə, yeni qanun layihəsində bütün bu məqamlara aydınlıq gətirilib: “Savadsız uşaqlar artıq 10-11-ci siniflərdə oxumayacaqlar. Onlar peşə məktəblərinə getməlidir. Məcburi qaydada şagirdlərin hamısına tam orta təhsil haqqında attestat verməyə ehtiyac yoxdur. Bu yük dövlətin çiynindən artıq götürülüb və bütün dünyada qəbul olunmuş praktikadır”. Ş. Hacıyev vahid test sisteminə keçidlə bağlı yaranan narazılıqların da əsassız olduğunu bildirib: “Testlə imtahan sisteminin genişləndirilməsi, müasir texnologiyanın tətbiqi vahid test sisteminin o qədər də uzaqda olmadığını göstərir. Elə etmişik ki, qanunda da bununla bağlı normativ baza olsun”. Komissiya sədri “Təhsil haqqında” qanun layihəsinin parlamentin ikinci oxunuşuna çıxarılmamasına da münasibət bildirib : “Milli Məclisin iyunun 19-dan sonra bir iclası da olacaq. Ümidvarıq ki, qanun layihəsi o iclasda müzakirəyə çıxarılacaq”. O, layihənin qəbulunda heç bir problem olmayacağını da qeyd edib: “İşlər çox olduğundan qanunun qəbulu yubanır. Çünki ciddi müzakirələrə ehtiyac var. Başqa heç bir problem yoxdur. Artıq layihədə razılaşdırılmamış müddəa qalmayıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR