Naxçıvanda yük avtomobillərinin yolların kənarında saxlanılması qadağan edilib

Naxçıvanda yük avtomobillərinin yolların kənarında saxlanılması qadağan edilib
# 17 iyun 2008 11:13 (UTC +04:00)
Naxçıvan. J.Qurbanoğlu-APA. Naxçıvanda yolların kənarında yük avtomobillərinin saxlanılmasına qadağa qoyulub. Naxçıvan MR Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, bu, regionda avtomobil yollarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədardır. Artıq ağır tonnajlı yük avtomobillərinin saxlanılması üçün dayanacaqlar da müəyyənləşdirilib. Naxçıvan şəhərində belə dayanacaqlar şəhərətrafı yerlərdə yaradılıb. Qadağalara əməl etməyən sürücülər inzibati qaydada məsuliyyətə cəlb olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR