Azərbaycanda sabiq nazirin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb

Azərbaycanda sabiq nazirin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb
# 19 iyun 2008 08:46 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və bu iş üzrə təqsirləndirilən daha 5 nəfərin apellyasiya şikayəti üzrə məhkəmə baxışı başlayıb. APA-nın məlumatına görə, R. Əliyevin vəkili Əlimərdan Sadıqov cinayət işinin materialları ilə tanış olmaq üçün 2 ay vaxt verilməsi barədə vəsatət qaldırıb. Vəsatət qismən təmin olunub, proses iyunun 24-dək təxirə salınıb.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə F. Əliyev 10, R. Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 192-ci (qanunsuz sahibkarlıq), 206-cı (qaçaqmalçılıq), 213-cü (vergi ödəməkdən yayınma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci, (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR