Azərbaycan Müəllif Hüquqları Agentliyi ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi birgə monitorinqlər keçirəcək

Azərbaycan Müəllif Hüquqları Agentliyi  ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi birgə monitorinqlər keçirəcək
# 19 iyun 2008 09:11 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan Müəllif Hüquqları Agentliyi (AMHA) ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə ekspert qrupu dini ədəbiyyat və audiovizual əsərlərin saxta və pirat nüsxələrini aşkarlamaq məqsədilə cənub bölgəsində monitorinqlər aparacaq. AMHA-nın monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, monitorinqlərin qəzet köşklərində, kitab satışı məntəqələrində aparılması nəzərdə tutulub. İyunun 23-27-də keçiriləcək monitorinqlər əsasən Lənkəran, Masallı, Astara, Biləsuvar, Cəlilabad rayonlarını əhatə edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR