Ombudsmanların VI Beynəlxalq Konfransında Bakı Bəyannaməsi qəbul edilib

Ombudsmanların VI Beynəlxalq Konfransında Bakı Bəyannaməsi qəbul edilib
# 19 iyun 2008 09:48 (UTC +04:00)
Bəyannamədə insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədi ilə müvafiq qurumlarla əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Sənəddə, həmçinin universal və regional beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin təşviqi, əhalinin müxtəlif kateqoriyalarına mənsub qrupların hüquqlarının səmərəli müdafiəsi, azadlıqdan məhrumetmə yerlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, ictimai nəzarət mexanizminin tətbiqi, ali təhsil müəssisələri nəzdində UNESCO-nun insan hüquqları kafedralarının yaradılması istiqamətində fəaliyyətin davam etdirilməsi məsələləri yer alıb.
Qeyd edək ki, “Qloballaşan dünyada insan hüquqları” mövzusunda keçirilən konfrans BMT-nin İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyinə və “18 iyun Azərbaycanda insan hüquqları günü”nə həsr olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR