Azad Rəhimov: “Ötən illə müqayisədə Azərbaycan gənclərində narkomaniyaya meyllilik çox cüzi artıb”

Azad Rəhimov: “Ötən illə müqayisədə Azərbaycan gənclərində narkomaniyaya meyllilik çox cüzi artıb”
# 19 iyun 2008 09:51 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. “Azərbaycan gənclərinin narkomaniyaya meylinin göstərən rəqəmlər çox müxtəlifdir. MDB ölkələri ilə müqayisədə Azərbaycanda vəziyyət o qədər də gərgin deyil. Ötən illə müqayisədə Azərbaycan gənclərinin narkomaniyaya meylinin artımı çox cüzidir”. APA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib. Nazir bu barədə rəsmi statistikanın yoxluğuna təəssüfləndiyini bildirib: “Rəsmi məlumatlar yoxdur, çünki bu xəstəlikdən əziyyət çəkənlərin çoxu dispanserlərə müraciət etmir, bu bəlalı vərdişlərini gizlədirlər. Sadəcə, dünyada olan bəzi təhlillərə əsaslanaraq, Azərbaycanda bu göstəricinin təxminən 20-30 mindən 70-80 min arasında olduğunu demək olar”. A. Rəhimov bildirib ki, bu bəlalı vərdişdən Azərbaycan gənclərinin xilası üçün ilk növbədə statistik rəqəmlər dəqiqləşdirilməlidir: “ Biz mübarizənin hansı miqyasda , hansı qüvvə ilə aparılacağını bilməliyik ki , son nəticədə biz qalib gələk. Bu zərərli vərdişlərin qarşısının alınması üçün Gənclər və İdman Nazirliyi müxtəlif konfrans, seminarlar təşkil edir, gənclərə maarifləndirici əyani vəsaitlər paylanır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR