Hərbi prokurorluğun sabiq müstəntiqi kasasiya şikayətini geri götürüb

Hərbi prokurorluğun sabiq müstəntiqi kasasiya şikayətini geri götürüb
# 19 iyun 2008 11:41 (UTC +04:00)
Bakı. Hacı Zeynalov APA. Bu gün Ali Məhkəmədə hakim Fərhad Əliyevin sədrliyi ilə Tərtər rayon Hərbi Prokurorluğunun sabiq müstəntiqi Faiq Çələbizadənin kasasiya şikayətinə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, F. Çələbizadənin vəkili Fəxrəddin Cəfərov müdafiə tərəfinin kasasiya şikayətindən imtina etməsi barədə ərizəni məhkəməyə təqdim edib. Prosesdə ərizə əsasında kasasiya şikayətinə baxılmaması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunan F. Çələbizadə Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib, Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR