Naxçıvan Dövlət Universitetində elmi seminar keçirilir

Naxçıvan Dövlət Universitetində elmi seminar keçirilir
# 19 iyun 2008 11:42 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Naxçıvan Dövlət Universitetində (NDU) “Uzaq regionlar üçün səciyyəvi olan informasiya və kommunikasiya texnologiyaları problemləri” mövzusunda elmi seminar başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən məlumata görə, tədbir NDU, NATO, Mərkəzi və Şərqi Avropa Şəbəkələşdirmə Assosiasiyasının (Polşa) təşkilatçılığı ilə keçirilir. Seminarda Azərbaycanın regionlarında şəbəkə infrastrukturunun inkişafının prioritet istiqamətləri, kampus şəbəkəsi, uzaq regionların universitetlərində informasiya və kommunikasiya texnologiyaları, şəbəkə təhlükəsizliyi, innovasiya zonaları, yer üzərindəki telekommunikasiya şəbəkələrindən uzaqda olan və hərəkət edən obyektlərlə rabitənin təşkili ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan və dünya alimlərinin iştirak etdiyi seminar iyunun 21-də yekunlaşacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR