Narkotik vasitələrin qaçaqmalçılığında təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Narkotik vasitələrin qaçaqmalçılığında təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
# 19 iyun 2008 13:23 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik vasitələrin qaçaqmalçılığında təqsirləndirilən mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub. APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Səməd Babayev 10 il, Ziya Vəliyev 8 il, Xalid Aydınov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dəstə üzvləri İrandan Azərbaycana külli miqdarda heroin keçiriblər. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə, və ya satma) maddələri üzrə ittiham olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR