Nazir: “Azərbaycanda 11-ci sinif şagirdləri üçün keçirilən təkrar imtahanın nəticələri ya bu gün axşam, ya da sabah səhər açıqlanacaq”

Nazir: “Azərbaycanda 11-ci sinif şagirdləri üçün keçirilən təkrar imtahanın nəticələri ya bu gün axşam, ya da sabah səhər açıqlanacaq”
# 19 iyun 2008 13:34 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, təkrar imtahanda 4000-dək məzunun iştirakı nəzərdə tutulsa, hələlik imtahana neçə nəfərin qatıldığı dəqiqləşdirilməyib. Təkrar imtahanda məzunlar birinci imtahanda olduğu kimi, bütün fənlərdən deyil, yalnız kəsildikləri fənlər üzrə sualları cavablandırıblar. Nazir qeyd edib ki, təkrar imtahanın cavabları ya bu gün axşam, ya da sabah səhər açıqlanacaq, nəticələr TN-in İnternet saytında yerləşdiriləcək. M. Mərdanov təkrar imtahanda iştirak edən bütün məzunlara hər cür güzəştin edildiyi də söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR