10 tibb kolleci publik hüquqi şəxsə çevrilib

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 31 yanvar 2022 16:39 (UTC +04:00)

Nazirlər Kabineti “1 nömrəli Bakı Tibb Kollecinin, 2 nömrəli Bakı Baza Tibb Kollecinin, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin, Gəncə Tibb Kollecinin, Mingəçevir Tibb Kollecinin, Şəki Tibb Kollecinin, Lənkəran Tibb Kollecinin, Cəlilabad Tibb Kollecinin, Quba Tibb Kollecinin və Saatlı Tibb Kollecinin yenidən təşkili haqqında” qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən, bu 10 tibb kolleci publik hüquqi şəxsə çevrilib.

Həmin publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, 1 nömrəli Bakı Tibb Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci, Gəncə Tibb Kolleci, Mingəçevir Tibb Kolleci, Şəki Tibb Kolleci, Lənkəran Tibb Kolleci, Cəlilabad Tibb Kolleci, Quba Tibb Kolleci və Saatlı Tibb Kolleci öz fəaliyyətlərini davam etdirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR