107 avtobusun hərəkət intervalında gecikmələr var

107 avtobusun hərəkət intervalında gecikmələr var
# 09 sentyabr 2022 09:09 (UTC +04:00)

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən, paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 43 müntəzəm marşrut xətti üzrə 107 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, gecikən avtobuslar aşağıdakılardır:

1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 11-13 dəqiqə gecikmə müşahidə olunur.

2. Binəqədi şosesi – Binəqədi istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-11 dəqiqə gecikmə müşahidə olunur.

3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 11-14 dəqiqə gecikmə müşahidə olunur

4. Qara Qarayev prospekti – hər iki istiqamətdə (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 7A, 11, 15, 21, 30, 35, 40, 44, 46, 49, 51, 62, 64, 81, 132 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur.

5. Zabrat şosesi – Maştağa istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-15 dəqiqə gecikmə müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR