13 tondan çox istehlaka yararsız dondurma məhv edilib

13 tondan çox istehlaka yararsız dondurma məhv edilib
# 27 mart 2023 16:46 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

Agentlikdən APA-ya verilən xəbərə görə, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında “Milla Dairy" MMC-yə məxsus 7 adda, 13,125 ton müxtəlif növ dondurma məhsulu, “Sun Food" MMC-yə məxsus ümumi çəkisi 59,92 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR