130 şəhid ailəsi üzvü və müharibə veteranına aktivlər verilib

130 şəhid ailəsi üzvü və müharibə veteranına aktivlər verilib
# 12 sentyabr 2022 14:56 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində də şəhid ailəsi üzvlərinə Vətən müharibəsi veteranlarına dəstək göstərilməsi işləri davam edir.

Agentlikdən APA-ya bildirilib ki, ötən həftə daha 130 şəhid ailəsi üzvü və müharibə veteranı özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin olunub.

Biznes planlarına uyğun verilmiş aktivlər hesabına onlar müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik bizneslərini yaradıblar.

Ümumilikdə bu ilin ötən dövründə proqram çərçivəsində 1948 şəhid ailəsi üzvü və müharibə veteranına aktivlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR