136 avtobusun hərəkət intervalında gecikmələr var

136 avtobusun hərəkət intervalında gecikmələr var
# 25 noyabr 2022 09:05 (UTC +04:00)

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 43 müntəzəm marşrut xətti üzrə 136 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

1. Bakı-Sumqayıt şosesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində istiqamətdə 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-27 dəqiqə gecikmə müşahidə olunur.

2. Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-24 dəqiqə gecikmə müşahidə olunur

3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 17-26 dəqiqə gecikmə müşahidə olunur

4. Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 7A, 11, 15, 44, 51, 62, 64, 81, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-30 dəqiqə gecikmə müşahidə olunur.

5. Xocalı pr - Yusif Səfərov küçəsi Heydər Əliyev pr istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-23 dəqiqəyə gecikmə müşahidə olunur.

6. Binəqədi şosesi – şəhər istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-27 dəqiqə gecikmə müşahidə olunur.

7. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127, 205 və E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-25 dəqiqə gecikmə müşahidə olunur.

8. Şeyx Şamil küçəsi, İstiqlaliyyət küçəsi, Niyazi küçələri Azneft dairəsi istiqamətində 6, 10, 53, 65, 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-17 dəqiqə gecikmə müşahidə olunur.

9. Dilarə Əliyeva küçəsi hər iki istiqamətdə 1, 2, 14, 21, 30, 32, 49, 88A nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 15-22 dəqiqə gecikmə müşahidə olunur

10. Abdulla Şaiq küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 17-24 dəqiqə gecikmə müşahidə olunur

11. Badamdar şosesi, Mikayıl Müşviq küçəsi Parlament prospekti istiqamətində 3, 29, 31, 53, 206 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 16-26 dəqiqə gecikmə müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR