16 şəhid ailəsi üzvü müəllim iş yerini dəyişdirmək imkanı qazanıb

16 şəhid ailəsi üzvü müəllim iş yerini dəyişdirmək imkanı qazanıb
# 16 may 2022 15:07 (UTC +04:00)

Şəhid ailələrinin üzvləri üçün 10-14 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.

Bu barədə APA-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər.

Elektron yerləşdirmə zamanı 16 nəfər şəhid ailəsi üzvü müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

Qeyd edək ki, uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR