161 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib

161 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib
# 03 may 2023 10:38 (UTC +04:00)

Ötən il ərzində «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarının tələblərini pozan 161 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərindən 58-i mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 103-ü isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.

APA xəbər verir ki, bu barədə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2022-ci il üzrə hesabatda qeyd olunub.

Bildirilib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilmiş 161 intizam tənbeh tədbirindən 140-ı töhmət, 9-u dövlət qulluğundan azad edilmə, 2-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 1-i vəzifə maaşının azaldılması, 1-i ixtisas dərəcəsinin bir pillə aşağı salınması olmuşdur. 8 intizam tənbeh tədbirinin növü qeyd edilməmişdir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin təhlili zamanı müəyyən olunmuşdur ki, ümumilikdə mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirləri yuxarıda adı çəkilən Qanunun 4-cü (Vicdanlı davranış), 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması), 6-cı (Loyallıq), 7-ci (İctimai etimad), 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət), 9-cu (Mədəni davranış), 10-cu (Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi, 11-ci (Qərəzsizlik), 12-ci (Maddi və qeyri-maddi nemətlərin,imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi), 13-cü (Korrupsiyanın qarşısının alınması) tələblərinin pozulması ilə bağlı olub.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü (Vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 7, 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 33, 6-cı (Loyallıq) maddəsinin tələblərinin pozulması üzrə 2, 7-ci (İctimai etimad) maddəsinin tələblərinin pozulması üzrə 2, 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) maddəsinin tələblərinin pozulması üzrə 6, 9-cu (Mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 7, 10-cu (Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 95, 11-ci (Qərəzsizlik) maddəsinin tələblərinin pozulması üzrə 1, 12-ci (Maddi və qeyri-maddi nemətlərin,imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi) maddəsinin tələblərinin pozulması üzrə 1, 13-cü (Korrupsiyanın qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 3 intizam tənbeh tədbiri tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR