2 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı 27 nəfərə şamil olunub - FOTO

2 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı 27 nəfərə şamil olunub - FOTO
# 28 may 2022 11:16 (UTC +04:00)

Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində də davam etdirilib.

APA xəbər verir ki, sərəncam bu müəssisədəki məhkumlardan 27 nəfərə şamil olunub.

Onlardan 22-si azadlığa buraxılıb, 5 nəfərin cəzası yarıya endirilib.

Əfv olunan şəxslərə ərizələrini Penitensiar Xidmətinin rəis müavini, general-mayor Oqtay Məmmədov, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva və deputat Zahid Oruc təqdim edib.

Azadlığa buraxılanlardan 5-i "Gəncə hadisələri"nə görə həbs edilən şəxslərdir. Bir nəfər jurnalist Zöhrab Əliyev də azadlığa buraxılanlardandır.

Qeyd edək ki, sərəncam çərçivəsində humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR