2022-2023-cü tədris ili üçün tədris planları təsdiqlənib

2022-2023-cü tədris ili üçün tədris planları təsdiqlənib
# 28 iyul 2022 15:00 (UTC +04:00)

Təhsil naziri Emin Əmrullayev "Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında" əmr imzalayıb.

APA xəbər verir ki, əmrə əsasən Azərbaycan Respublikasının tədris Azərbaycan dilində və digər dillərdə aparılan, azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün aşağıdakı tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib:

1. Ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün tədris planları (1, 2 nömrəli əlavələr);

2. Azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üçün tədris planları (3, 4, 5, 6 nömrəli əlavələr);

3. “Tədris planlarına dair qeydlər” (7 nömrəli əlavə).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR