2022-ci il üçün doktorantura və dissertanturaya qəbul planının layihəsi Nazirlər Kabinetinə göndərilib

AMEA

© APA | AMEA

# 28 dekabr 2021 17:24 (UTC +04:00)

2021-ci il üçün AMEA-nın elmi müəssisələri və respublikanın elm və ali təhsil müəssisələrindənalınmış sifarişlər əsasında Təhsil şöbəsinin Doktorantura sektoru tərəfindən doktorantura və dissertanturaya qəbul planının layihəsi hazırlanıb, təsdiqi üçün Nazirlər Kabinetinə təqdim olunub.

APA-nın məlumatına görə, bu barədə AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin illik hesabatında məlumat verilib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş qəbul planına əsasən, Azərbaycan Milli Elmlər Akademiyası üzrə 2021-ci il üçün doktoranturaya fəlsəfə doktoru hazırlığı üzrə 62 nəfər (53 nəfər əyani, 9 nəfər qiyabi), elmlər doktoru hazırlığı üzrə 16 nəfər (2 nəfər əyani, 14 nəfər qiyabi), dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 13 nəfər, elmlər doktoru hazırlığı üzrə isə 57 nəfər iddiaçı qəbul olunub.

2022-ci il üçün AMEA-nın elmi müəssisələri və respublikanın elm və ali təhsil müəssisələrindən alınmış sifarişlər əsasında doktorantura və dissertanturaya qəbul planının layihəsi artıq hazırlanıb və təsdiqi üçün Nazirlər Kabinetinə təqdim olunub.

Hesabat ilində Doktorantura sektoru tərəfindən dissertasiya şuralarına təqdim olunması üçün doktorant və dissertantların doktorluq imtahanlarının nəticələrini əks etdirən 231 sayda “Doktorluq imtahanlarının verilməsi haqqında” vəsiqələr verilib.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında fəlsəfə doktoru hazırlığı üzrə 349 nəfər (303 nəfər əyani, 46nəfər qiyabi), elmlər doktoru hazırlığı üzrə isə 156 nəfər doktorant (39 nəfər əyani, 117 nəfər qiyabi) təhsil alır. Fəlsəfə doktoru hazırlığı üzrə dissertantların ümumi sayı 535 nəfər, elmlər doktoru hazırlığı üzrə dissertantların ümumi sayıisə 498 nəfər təşkil edir. Məruzəçinin sözlərinə görə, 2021-ci ildə fəlsəfə doktoru hazırlığı üzrə 126, elmlər doktoru hazırlığı üzrə 32 dissertasiya işi müdafiə olunub.

Vurğulanıb ki, 2021/2022-ci tədris ili üçün Nazirlər Kabineti tərəfindən AMEA-nın magistraturasına 110 plan yeri təsdiq edilib.

Dövlət İmtahan Mərkəzinin 28 sentyabr 2021-ci il tarixli əmri ilə 2021/2022-ci tədris ilində AMEA-nın magistraturasına 15 ixtisas üzrə 108 nəfər qəbul olub və AMEA prezidentinin 30 sentyabr 2021-ci il tarixli sərəncamı ilə qəbulun nəticələri təsdiqlənib.

Diqqətə çatdırılıb ki, hazırda AMEA-nın magistraturasının I kursunda 15 ixtisas, 37 ixtisaslaşma üzrə 109 magistrant, II kursunda isə 13 ixtisas, 40 ixtisaslaşma üzrə 55 magistrant təhsil alır. Ümumilikdə AMEA-nın magistraturasında 18 ixtisas, 52 ixtisaslaşma üzrə 164 magistrant təhsilini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR