23 məcburi köçkünün biznesinə qeyri-qrant dəstəyi göstərilib

23 məcburi köçkünün biznesinə qeyri-qrant dəstəyi göstərilib
# 02 iyun 2022 17:46 (UTC +04:00)

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ilə əlaqəli Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin bir hissəsi kimi Azərbaycanın hədəf bölgəsi kimi seçilmiş Ağdam və Ağcabədi rayonları ərazisində məskunlaşmış məcburi köçkünlərin dolanışığının təmin edilməsi fəaliyyətlərinə başlamaq və davam etdirmək üçün əlverişli şərait yaradan kiçik biznes təşəbbüslərinə dəstək verilməsi nəzərdə tutulur.

Qurumdan APA-ya verilən xəbərə görə, layihənin biznes təlimlərinin davamı olaraq biznes planları uğurlu hesab edilən iştirakçılara qeyri-nağd qrantların verilməsi həyata keçirilib.

Bu yaxınlarda BMqT-nin layihə heyəti hədəf rayonlardan biri olan Ağdam rayonuna monitorinq səfərləri edib və özünüməşğulluq təşəbbüsləri BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən dəstəklənmiş bəzi məcburi köçkün ailələri ilə görüşüb.

Ümumilikdə, pilot rayonlar olan Ağdam və Ağcabədi rayonlarında keçirilən biznes təlimlərində iştirak edən 61 iştirakçıdan Ağdam rayonunda yaşayan 23 nəfər, Ağcabədi rayonundan isə 14 nəfər məcburi köçkünün biznes planları dəstəklənmək üçün seçilib.

İndiyədək Ağdam və Ağcabədi rayonlarında yaşayan 9-u qadın və 14-ü kişi olmaqla 23 nəfər məcburi köçkünlərin biznesinə qeyri-qrant şəkilində dəstək göstərilib. Dəstək göstərilən kiçik biznes sahələrinə fermer təssərüfatı, qəssab dükanı, gözəllik və dərzilik salonları daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR