300 məktəbdə şagird davranış qaydaları tətbiq ediləcək

300 məktəbdə şagird davranış qaydaları tətbiq ediləcək
# 25 noyabr 2022 15:44 (UTC +04:00)

Şagird davranış qaydaları ilə bağlı 100-dən artıq rəy qəbul olunub”.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər rəyləri yekunlaşdırıb tədris ilinin ikinci yarımilindən 300 məktəbdə pilot qaydada tətbiq edəcəklər:

“Daha sonra həmin qaydaları təkmilləşdirib növbəti tədris ilindən bütün məktəblərdə tətbiq edəcəyik. Hazırda qaydalar müzakirə mərhələsindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR