31 müəllim sertifikasiyanın müsahibə mərhələsindən kəsilib

# 21 sentyabr 2022 14:57 (UTC +04:00)

Təhsilverənlərin sertifikatlaşdırılmasının test mərhələsindən uğurla keçən 8766 nəfərdən 59-u müsahibə mərhələsində iştirak etməyib.

APA xəbər verir ki, test mərhələsində ümumilikdə 11 133 nəfər təhsilverən iştirak edib və onlardan 8 766 nəfər təhsilverən müəyyənləşdirilmiş keçid balını toplayıb.

12-19 sentyabr tarixlərində keçirilən müsahibələrdə iştirak edən 8707 müəllimdən isə 8676-sı uğur qazanıb. 31 nəfər isə müsahibə mərhələsindən kəsilib.

Qeyd edək ki, sertifikatlaşdırma prosesinə birinci mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR