BNA: 38 marşrut avtobusu gecikmə ilə hərəkət edir

BNA: 38 marşrut avtobusu gecikmə ilə hərəkət edir
# 07 iyul 2022 18:38 (UTC +04:00)

Hazırda bir neçə küçə və prospektdə müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən ümumilikdə 32 müntəzəm marşrut xətti üzrə 38 ədəd avtobus gecikmə ilə hərəkət edir.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, Vahid Dispetçer Xidmətinin məlumatına əsasən 20 Yanvar dairəsində 2, 7A, 13, 14, 18, 29, 37, 65, 67, 92, 83, 119 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində 12-13 dəqiqə var.

Moskva prospekti kənar yol şəhər istiqamətindən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 67, 83, 119 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə isə avtobusların hərəkətində 13-14 dəqiqə interval müşahidə olunur.

Azadlıq prospekti – Süleyman Sani Axundov küçəsi ilə kəsişmədən Binəqədi şossesi ilə kəsişməyə qədər 71, 79, 108B, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar 15-16 dəqiqə intervalla hərəkət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR