4300-dən çox şəxs magistraturaya sənəd verib

4300-dən çox şəxs magistraturaya sənəd verib
# 31 yanvar 2023 12:07 (UTC +04:00)

Bu gün saat 12:00-a olan məlumata görə, 4348 nəfər magistraturaya sənəd verib.

APA Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, onlardan 3890 nəfəri Azərbaycan, 458-i isə rus bölməsi üzrə təhsil alanlaradır.

Qeyd edək ki, DİM yanvarın 24-də 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edib. Sənəd qəbulu fevralın 9-u 23:59-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR