46 namizəd hakimlik üçün imtahan verib

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 28 iyun 2022 16:52 (UTC +04:00)

Bu gün Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib.

DİM-dən APA-ya bildirilib ki, yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 46 namizəd iştirak edib

Namizədlər hüquqi kazus üzrə məhkəmə qərarlarının layihəsini tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.

İmtahan 4 saat davam edib. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR