5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olunub

5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olunub
# 14 yanvar 2022 10:14 (UTC +04:00)

“Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olunub.

KTM-nin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlunun APA-ya verdiyi xəbərə görə, Mərkəzin direktoru Könül Ələkbərovun əmrinə əsasən, tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Hüseynzadə Vəfa Oruc qızı Mərkəzin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin yeni baş həkimi təyin edilib.

Qeyd edək ki, Vəfa Hüseynzadə bu vəzifəyə qədər Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) Zahılıq şöbəsinin müdiri vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR