5 saylı Bakı DOST mərkəzinin hazır olacağı vaxt açıqlanıb.
APA xəbər verir ki, bu barədə "DOST" Agentliyinin bu ilin birinci yarımili üzrə hesabatında qeyd olunub.
Bildirilib ki, iyun ayının sonuna kimi 5 saylı Bakı DOST mərkəzinin tikinti və təmir işləri tamamlanaraq, mebel və İT infrastrukturunun qurulması üçün hazır olacaq.