50 azərbaycanlı tələbə İsraildə təhsil alacaq

50 tələbə İsraildə kənd təsərrüfatı sahəsində təhsil alacaq

© APA | 50 tələbə İsraildə kənd təsərrüfatı sahəsində təhsil alacaq

# 06 iyul 2022 16:56 (UTC +04:00)

Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AICAT) arasında 50 azərbaycanlı tələbənin kənd təsərrüfatı sahəsində İsraildə təhsil alması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

İsrail səfirliyindən APA-ya verilən xəbərə görə, tələbələr bir tədris ilini İsrailin Arava bölgəsində keçirəcək, burada kənd təsərrüfatı sahəsində ən qabaqcıl bilik və bacarıqları öyrənəcək və geri qayıtdıqdan sonra Azərbaycanda tətbiq edəcəklər.

Tədbir zamanı Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.

Səfir Corc Dik Azərbaycan ilə İsrail arasında inkişaf edən əlaqələrdən danışıb: “İsrail ilə Azərbaycan arasında əlaqələr yeni səviyyələrə yüksəlib və akademik, kənd təsərrüfatı və xalqlarımız səviyyəsində daha da genişlənir. Azərbaycan dünyada belə bir proqramda iştirak edən ilk ölkə olacaq. Bu, nazir İnam Kərimovun İsrailə və İsrailin kənd təsərrüfatı nazirinin Azərbaycana səfərinin nəticəsidir. Kənd təsərrüfatı ərzaq təhlükəsizliyi deməkdir. Buna görə də, kənd təsərrüfatı sahəsində əməkdaşlığımız çox vacibdir və hər gün inkişaf edir”.

Tədbir iki tərəf arasında anlaşma memorandumunun imzalanması ilə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR