500-dən çox bal toplayaraq müəllimliyi seçənlərin statistikası açıqlanıb

500-dən çox bal toplayaraq müəllimliyi seçənlərin statistikası açıqlanıb
# 02 fevral 2023 11:21 (UTC +04:00)

500-dən çox bal toplayaraq müəllimlik ixtisasını seçənlərin illər üzrə statistikası açıqlanıb.

APA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat yayıb.

Onun sözlərinə görə, ötən il 500-dən çox bal toplayaraq müəllimlik ixtisasını seçənlərin sayı 1276 olub.

Əvvəlki illərə nəzər saldıqda isə bu rəqəm 2018-ci ildə 845, 2019-cu ildə 1097, 2020-ci ildə 902, 2021-ci ildə 916 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR