59 mediatra xəbərdarlıq edilib, 7-nin fəaliyyəti dayandırılıb

59 mediatra xəbərdarlıq edilib, 7-nin fəaliyyəti dayandırılıb
# 18 may 2022 12:27 (UTC +04:00)

“Ötən il mediasiya proseslərindən 752-si barışma sazişi ilə yekunlaşıb”.

APA xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bu gün keçirilən “Azərbaycan ailə modelinin inkişaf strategiyası” adlı konfransda deyib.

Onun sözlərinə görə, bu il ərzində 1105 ailə mediasiya problemi ilə bağlı müraciət edib: “Onlardan 395-i barışıq sazişi ilə yekunlaşıb. Hazırda 286 mediatr, Bakı şəhərində isə 15 mediasiya təşkilatı var. 59 mediatra xəbərdarlıq edilib, 7 mediatrın isə fəaliyyəti 6 aylıq dayandırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR