6500-dən çox Vətən müharibəsi iştirakçısı və şəhid ailəsinə tibbi xidmət göstərilib - VİDEO

Zaur Əliyev

© APA | Zaur Əliyev

# 13 may 2022 14:23 (UTC +04:00)

"2021-ci ildə 8500-dən çox insana 120 mindən çox tibbi xidmət göstərilib".

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Qazilərin Gücləndirilməsi Layihəsi”nin bağlanış mərasimində deyib.

O bildirib ki, bu, fəaliyyət 2022-ci ildə də davam etdirilir.

"Həmçinin 6500-dən çox Vətən müharibəsi iştirakçısı və şəhid ailələrinə 47 mindən çox tibbi xidmət göstərilib. Regionlarda 170 mindən çox koordinator müəyyənləşdirmişik. Bu koordinatorlar reabilitasiyaya ehtiyacı olan qaziləri müvafiq qurumlara yönləndirməyə xidmət göstərəcəklər" - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR