67 mln. manata yaxın vəsait 11 minədək müharibə əlilinin bank hesablarına köçürülüb - YENİLƏNİB

67 mln. manata yaxın vəsait 11 minədək müharibə əlilinin bank hesablarına köçürülüb - YENİLƏNİB
# 02 avqust 2022 12:49 (UTC +04:00)

1992-1997-ci illərdə müharibə zamanı xəsarət almış, lakin sonradan reabilitasiya ilə əlilliyi aradan qaldırılmış şəxslərə, eləcə də əgər həmin şəxs vəfat edibsə, onların vərəsələrinə də birdəfəlik ödəmələr veriləcək.

APA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

“Birdəfəlik ödəmələrlə bağlı 67 milyon manata yaxın vəsait 11 minədək şəxsin hesabına köçürülüb”, - o vurğulayıb.

***

10:56

1997-ci il avqustun 2-dək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək şəxsə e-sistem üzərindən proaktiv qaydada (heç bir quruma müraciət etmədən) ödəmə təyin olunaraq onların bank hesablarına köçürülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, ödəməni hansı bankdan alacağına dair onlara SMS göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR