67 yaşlı qadını xəstəxanaya aparmaq üçün xilasedicilər cəlb olunub

67 yaşlı qadını xəstəxanaya aparmaq üçün xilasedicilər cəlb olunub
# 24 iyul 2022 15:19 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1955-ci il təvəllüdlü qadının xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.

APA FHN-nin saytına istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilərin köməkliyi ilə vətəndaş 9-cu mərtəbədəki mənzildən aşağı düşürülüb, təcili və təxirəsalınmaz tibbi yardım avtomobilinə mindirilərək həkim briqadasına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR