8-ci siniflərdə “Ortaq türk tarixi” tədris olunacaq

8-ci siniflərdə “Ortaq türk tarixi” tədris olunacaq
# 28 iyul 2022 15:14 (UTC +04:00)

Müəyyən edilmiş ümumi təhsil müəssisələrinin səkkizinci siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 saatı dərs cədvəlinə daxil edilməklə “Ortaq türk tarixi” kursunun tədrisinə veriləcək.

APA xəbər verir ki, bu barədə “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında” əmrdə qeyd olunub.

Qeyd edək ki, ötən gün təhsil naziri Emin Əmrullayev mətbuat üçün keçirilən brifinqdə bildirmişdi ki, "Ortaq türk coğrafiya" dərsliyi isə hazırlanma mərhələsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR