8 Noyabr - Zəfər Günü ilə bağlı Bakı və Şuşada yürüşlər keçiriləcək

8 Noyabr - Zəfər Günü ilə bağlı Bakı və Şuşada yürüşlər keçiriləcək
# 02 noyabr 2022 17:53 (UTC +04:00)

Zəfər Günü ilə əlaqədar noyabrın 8-də Bakı və Şuşa şəhərlərində yürüş keçiriləcək.

APA xəbər verir ki, saat 10:00-dan 12:00-dək Bakı və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə şəxsi heyətin yürüşləri təşkil olunacaq.

Yürüşlər aşağıdakı qeyd olunan marşrutlar üzrə olacaq:

1-ci marşrut: Heydər Əliyev sarayı - Bülbül prospekti-Nizami kinomərkəzi-Neftçilər prospekti – Azadlıq meydanı;

2-ci marşrut: Şəhidlər Xiyabanı- Alov Qüllələri Kompleksi- İçərişəhər metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli.

3-cü marşrut: Hüseyn Cavid Parkı – Hüseyn Cavid prospekti – Parlament Prospekti- Şəhidlər Xiyabanı.

4-cü marşrut: Şuşa şəhərində.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR