800 minə yaxın şəxs müavinət və təqaüdlə təmin edilib

800 minə yaxın şəxs müavinət və təqaüdlə təmin edilib
# 22 iyul 2022 16:04 (UTC +04:00)

2022-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 800 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, onlardan 434 min nəfəri sosial müavinətlə, 362 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Müavinət ödənişləri üçün ötən ilin müvafiq dövrünə nisbətən 35% çox olmaqla 398 mln. manat, təqaüd ödənişləri üçün 27% çox olmaqla 264 mln. manat sərf edilib.

Son üç ildə 25 növ müavinət və təqaüdün də elektron sistem üzərindən proaktiv təyinatı sistemləri işə salınıb. 2022-ci ilin 6 ayında 144,1 min, ümumilikdə ötən dövrdə cəmi 365 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR