9 illik bazadan kolleclərə ixtisas seçimi başa çatıb

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 18 avqust 2022 10:17 (UTC +04:00)

9 illik bazadan kolleclərə ixtisas seçimi başa çatıb.

APA DİM-in saytına istinadən xəbər verir ki, ümumilikdə 15 639 nəfər ixtisas seçib.

Azərbaycan bölməsi üzrə ixtisas seçənlər 15 264, rus bölməsi üzrə isə 375 nəfərdir.

Qeyd edək ki, ixtisas seçimi prosesi 17 avqust 23.00-da başa çatmalı olsa da, proses bu gün saat 10.00-dək uzadılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR