9 illik təhsil bazasından kolleclərə qəbul olanların qeydiyyatı sabah başa çatacaq

9 illik təhsil bazasından kolleclərə qəbul olanların qeydiyyatı sabah başa çatacaq
  • Clock-gray 17:23
  • calendar-gray 22 Avqust 2019

Sabah ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, ümumi (9 illik)  orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar avqustun 8-dən 23-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date