ABŞ-dan olan səyyah: "Azad edilən ərazilərdəki dağıntılar məni sarsıtdı"

ABŞ-dan olan səyyah: "Azad edilən ərazilərdəki dağıntılar məni sarsıtdı"
# 16 iyun 2022 11:15 (UTC +04:00)

“Burada olan dağıntılar məni çox sarsıtdı. Bu ölkəyə qarşı necə bu qədər dağıntılar törətmək olar?”

APA xəbər verir ki, bunu ABŞ-dan olan səyyah Luisa Yu Füzuli və Xocavəndə səfəri ilə bağlı deyib.

“Əvvəl Bakıda oldum, oranı çox sevdim. İnsanlarını, yeməklərini, relyefini çox bəyəndim. Füzuli və Xocavəndə gələrkən yoldakı təbiət mənzərələri məni heyran etdi. Azıx mağarasını gördükdən sonra buranın tarixi yer olduğunu bildim. Amma dağıntılar məni çox sarsıtdı. Məncə, Azərbaycan bu yerlərdə tezliklə yaxşı yenidənqurma işləri aparacaq”, - deyə səyyah bildirib.

Qeyd edək ki, xarici ölkələrdən olan bir qrup tanınmış səyyahın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfəri başlayıb. Səfərdə 10 ölkədən - Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən 24 nəfər dünyaca tanınmış səyyah iştirak edir.

Bu gün Xocavənd rayonunda "Daş dövrün" adamlarının yaşadığı "Azıx mağarası"na baxdıqdan sonra nümayəndə heyəti Şuşa şəhərinə səfər edəcək. Daha sonra səyyahlar Ağdam, Kəlbəcər və Laçında olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR